46°23′01″ şm. e. 14°37′17″ ş. u.HGYO

Loqar dərəsi (Sloveniya)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Loqar dərəsi landşaft parkı
sloven. Krajinski park Logarska dolina
BTMB kateqoriyası — V (Qorunan landşaft/akvatoriya)
Sahəsi 24,75 km2 ha
Yaradılma tarixi 1987
Yerləşməsi
46°23′01″ şm. e. 14°37′17″ ş. u.HGYO
Ölkə
Loqar dərəsi landşaft parkı xəritədə
Loqar dərəsi landşaft parkı
Loqar dərəsi landşaft parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Loqar dərəsi (sloven. Logarska dolina[2]) ― Sloveniyada dərə. Dərənin slovencə adı nisbətən yenidir[2] və öz növbəsində slovencə "bataqlıq çəmən" mənasını verən log sözündən yaranmış Loqar fermasının adından qaynaqlanır. 1987-ci ildə ərazidə 24,75 kvadrat kilometri əhatə edən ladşaftı parkı yaradılmışdır.[3][4][5]

Loqar dərəsi tipik bir U şəkilli buzlaq dərəsidir. Dərə loq adlanan aşağı hissə, Plest adlanan orta hissə (əsasən meşə sahəsindən ibarətdir) və Kot adlanan (kar) yuxarı hissə olmaqla üç hissəyə bölünür. Dərə özü tektonik mənşəli olsa da, onun son güclü "dizayner"i buzlaq olmuşdur. Ərazidə ən gənc buzlaşma dövrü olan Pleystosenin izləri var.

Dərədəki təcrid olunmuş ferma torpaqlarında cəmi 35 nəfər yaşayır.

Loqar dərəsində kontinental iqlim hakimdir. Ərazinin orta temperaturu 4°C-dir. Dərə ən yüksək temperatur 14°C olmaqla iyul ayında, ən aşağı temparetur isə -7°C olmaqla dekabr ayında qeydə alınır.[6] Ərazi üçün orta illik yağıntı 1 979 millimetrdir. Ən çox yağıntı 272 millimetr olmaqla noyabrda, ən az yağıntı isə 100 millimetr olmaqla martda düşür.[7]

Loqar dərəsi dar olmasa da (ən dar yeri təxminən 500 metrdir), şimal antisiklonu nəticəsində temperatur inversiyası baş verə bilər. Yamaclarda istilik paylanmasına qışda fərqli qar və buz şəraitində müşahidə olunan günəşli və kölgəli sahələr arasındakı fərqlər güclü təsir göstərir.

Loqar dərəsində ən çox yayılmış ağac növü meşə fıstığıdır (Fagus sylvatica ). Ərazidə həmçinin küknar (Picea abies) da yayqındır. Dərənin şimal yamaclarında ağ şama (Abies alba) da rast gəlinmişdir. Xüsusilə orta silsilənin qayalı yamaclarında çoxlu şam ağacı mövcuddur.

Dərədə yaşayan quşlara əsasən iri arıquşu, qaraca arıquşu, kəkilli arıquşuadi göy arıquşu kimi arıquşları fəsiləsinə aid növlər daxildir. Qara ağacdələn (Dryocopos martius) ərazidəki ağacdələnlərin ən böyüyüdür. Loqar dərəsi həmçinin qırğıkimilər dəstəsinə aid iki növün: berqut (Aquila chrysaetos) və şahinin (Falco peregrinus) yaşayış yeridir. Ərazidəki digər yırtıcı quşlara sar, tetraçalanbildirçinçalan daxildir.

Dərənin faunasına daxil olan qarapaçalar yayda ucqar dağlarda yaşayır və qışda daha aşağıdakı günəşli ərazilərə enirlər. Dərədəki əsas məməli növü isə cüyürdür. Ərazidə son illərdə marallar da məskunlaşmağa başlamışdır. Yüksək dağlarda dağ dovşanları, dərənin dibində isə boz dovşanlar yaşayır. Loqar dərəsindəki meşələrdə vaşaqqonur ayıya da rast gəlinir.

  1. 1 2 Nationally designated areas (CDDA) (ing.).
  2. 1 2 Mišič, Franc. 1938. "O ledinskih in hišnih imenih okoli Solčave." [Soltsava ətrafındakı buzlaq və ev adları haqqında] tarix və etnoqrafiya jurnalı 33(3/4): 191–201, s. 197.
  3. Hrvatin, Mauro. Logarska dolina [Loqar vadisi] // Šmid Hribar, Mateja; Golež, Gregor; Podjed, Dan; Kladnik, Drago; Erhartič, Bojan; Pavlin, Primož; Ines, Jerele (redaktorlar ). Enciklopedija naravne in kulturne dediščine na Slovenskem – DEDI [Sloveniyadakı Təbii və Mədəni İrs Ensiklopediyası] (Slovenian). 2020-10-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2013.
  4. "Predstavitev Krajinskega parka Logarska dolina". 28 March 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 may 2013.
  5. "ProtectedPlanet.net". World Database on Protected Areas (WDPA). 18 August 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 April 2021.
  6. "NASA Earth Observations Data Set Index". NASA. 2020-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2016.
  7. "NASA Earth Observations: Rainfall (1 month - TRMM)". NASA/Tropical Rainfall Monitoring Mission. 2020-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2016.