49°22′43″ şm. e. 40°09′01″ ş. u.HGYO

Çertkovski rayonu (Rostov vilayəti)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
rayon
Çertkovski
Bayraq
Bayraq
49°22′43″ şm. e. 40°09′01″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1920
Sahəsi 2.766 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 30.359 nəf. (2021)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 86387
Digər
chertkov.donland.ru
Xəritəni göstər/gizlə
Çertkovski xəritədə
Çertkovski
Çertkovski
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çertkovski rayonuRusiya Federasiyası Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Çertkovo şəhəridir. Rostov-na-Donu şəhərindən 320 km məsafədə yerləşir.

1920-ci ildə mərkəzi Mankovo-Kalitvenskoe olan Dones dairəsində Leono-Kalitvinski rayonu təşkil edilmişdir. 10 yanvar 1934-cü ildə rayonun adı Çertkovski, şəhərin adı isə Çertkovo olaraq dəyişdirilmişdir. 1954-1957-ci illər ərzində Kamenskaya vilayəti ərazisinə daxil idi. 1959-cu ildə Alekseevo-Lozovski rayonunun ərazisi ona birləşdirilmişdir. 1 fevral 1963-cü ildə rayon ləğv edilərək Malçevski rayonuna birləşdirilmişdir. 1965-ci ildə isə rayon yenidən təşkil edilmişdir[2]

Çertkovski rayonu Rostov vilayətinin şimal-qərbində yerləşir. Qərbdə Ukrayna, şimalda isə Voronej vilayəti ilə sərhədlənir. Burada Rusiya-Ukrayna sərhədi keçir. Faydalı qazıntılardan gil, qum, daş və çınqıl çıxarılır.

Rayon əhalisinin sayı 34 619 min nəfər təşkil edir.

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

Çertkovski rayonu ərazisinə 14 kənd yaşayış məntəqəsi daxil edilmişdir:

  1. Alekseevo-Lozovski kənd yaşayış məntəqələri.
  2. Donskoe kənd yaşayış məntəqələri.
  3. Zubrilinskoe kənd yaşayış məntəqələri.
  4. Kuteynikovskoe kənd yaşayış məntəqələri.
  5. Menkovskoe kənd yaşayış məntəqələri.
  6. Mixaylovo-Aleksandrovskoe kənd yaşayış məntəqələri.
  7. Naqibinskoe kənd yaşayış məntəqələri.
  8. Olxovçanskoe kənd yaşayış məntəqələri.
  9. Osikovskoe kənd yaşayış məntəqələri.
  10. Setrakovskoe kənd yaşayış məntəqələri.
  11. Soxranovskoe kənd yaşayış məntəqələri.
  12. Çertovskoe kənd yaşayış məntəqələri.
  13. Şeptuxovskoe kənd yaşayış məntəqələri. kənd yaşayış məntəqələri.
  14. Şedrovskoe kənd yaşayış məntəqələri.

Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayon ərazisində 40 taxılçılıq istiqamətli müəssisə fəaliyyət göstərir.

Çertkovo qəsəbədindən Rostov-na-Donu—Moskva avtomagistralına məsafə 35 km-dir. Çertkovo dəmir yolu stansiyası Rostov-na-Donu—VoronejMoskva dəmiryolu xəttinin üzərində yerləşir.

  1. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  2. "История Донского края — Чертковский район". 2013-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-03.